“Lənkəran”la oyunda “Gəncə”dən asan qələbə

14.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan Basketbol Liqasında VI turun növbəti matçı keçirilib. Sport24.az xəbər verir ki, B qrupunda 1 oyun baş tutub.

"Gəncə" öz meydanında "Lənkəran"ı sınağa çəkib. Meydan sahibləri inamlı qələbə qazanıblar. Onlar 94:66 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, daha öncə "Naxçıvan" "Neftçi"ni 83:72, "Sabah" "Sərhədçi"ni 67:64, "Ordu" "Sumqayıt"ı 115:81, "Abşeron" NTD-ni 89:75 hesabı ilə məğlub edib. Tura sabah "Quba" - "Şəki" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
VI tur
B qrupu
14 dekabr
14:00. "Gəncə" – "Lənkəran" – 94:66 (26:8, 22:25, 20:17, 26:16)

Gəncə İdman Sarayı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью