Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. “Lənkəran”nın basketbolçusu Nmeso Nnebedum Azərbaycan çempionatının çox rəqabətli olduğu
İdman.Biz xəbər verir ki, amerikalı oyunçu bunu klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, bütün rəqiblərin güclü olduğunu söyləyib: “Özümü mümkün qədər inkişaf etdirməyə, komandanın ən yaxşısı olmağa çalışıram.
Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda olaraq, həm də fərdi şəkildə uğurlu mövsüm keçirək.
Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və yaxşı basketbolçuya çevrilməyə kömək edəcək. Azərbaycan çempionatı çox rəqabətlidir.
Həm yuxarı, həm də aşağı pillələrdə yer alan bütün komandalar güclüdür.
Burda müxtəlif səviyyəli oyunçular çıxış edir və hamı rəqabətə hazırdır.
Məqsədimiz qarşıdan gələn “Quba” ilə oyuna tam hazır çıxmaq, qalib gəlmək və potensialımızı göstərməkdir.