Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Moskvada yerləşən “Lenkom Mark Zaxarov” Dövlət Teatrında axtarış keçirilib.
Axşam.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, axtarış teatrın prezidenti Mark Varşaverin də adı keçən cinayət işi çərçivəsində aparılıb. İşin maliyyə məsələləri ilə bağlı olduğu bildirilir. Axtarış zamanı bir sıra sənədlər götürülüb.
Varşaver "Mash" teleqram kanalına açıqlamasında axtarış və onun barəsində cinayət işinin açılması ilə bağlı yayılan məlumatları təkzib etməyib, lakin şərh verməkdən imtina edib. Teatrın nümayəndələri də məsələ ilə bağlı açıqlama verməyiblər.