Leo Messinin Qalatasaray a transfer məsələsinə aydınlıq gətirildi

08.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur insayder Fabritsio Romano son günlər Türkiyə mətbuatında geniş yayılan Lionel Messinin "Qalatasaray"a transfer məsələsinə aydınlıq gətirib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, insayder bu barədə "YouTube" kanalında açıqlama verib.

O bildirib ki, son günlər Türkiyədən yayılan xəbərlərə görə ona çoxlu sual ünvanlanıb:

"İddialara görə, "Qalatasaray" klubu Lionel Messini qısa müddətə icarəyə götürmək istəyir. Bu, sadəcə mediada dolaşan bir hekayədir - ciddi bir xəbər və ya real danışıqlar mövzusu deyil. Messi tamamilə "İnter Mayami" klubuna fokuslanıb. O, başqa kluba keçməyi və ya hər hansı yeni addım atmağı düşünmür. Hazırda Messi heç bir klubla danışıqlar aparmır, o cümlədən "Qalatasaray"la da heç bir müzakirə içində deyil".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью