Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Facebook" sosial şəbəkəsinin "Azbank klubu" qrupunda "Leobank" rəqəmsal bankının xidmətindən narazı olan vətəndaşın şikayəti yayılıb.
“Yeni Sabah” xəbər verir ki, Kənan Əsgərli adlı istifadəçi bank vasitəsilə həyata keçirdiyi pul köçürməsinin günlərdir asılı vəziyyətdə qaldığını bildirib.
Şikayətçinin təqdim etdiyi ödəniş qəbzindən görünür ki, o, 16 sentyabr 2026-cı il tarixində "Leobank" hesabından "ABB Mobile" kart hesabına 147 AZN məbləğində vəsait köçürüb. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, vəsait qarşı tərəfin hesabına oturmayıb vә bank tərəfindən hesab sahibinə də geri qaytarılmayıb. Sezar pizza
Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaş bankın ləngiməsini tənqid edib:
"Şikayətim 'Leobank'dandır. Artıq neçə gün keçməsinə baxmayaraq pulumu geri qaytarmırlar, pul da qarşı tərəfə köçməyib. Neçə gün gözlədim, bəsdir daha!"
Müştərilər analoji hallarda bankların texniki problemləri operativ həll etməməsindən və yaranan ləngimələrdən tez-tez şikayətlənirlər.