Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır. Sosial şəbəkələrdə Leobank kartları ilə bağlı keşbek problemləri müzakirə olunub.
AzPost xəbər verir ki, bir sıra istifadəçilər seçdikləri kateqoriyalara uyğun alış-veriş etmələrinə baxmayaraq, keşbekin hesablarına köçürülmədiyini bildiriblər.
İstifadəçi Aygün Qasımova qeyd edib ki, Leobank tətbiqində “Buta aptekləri” kateqoriyasını seçməsinə baxmayaraq, həmin aptekdən 106 manatlıq dərman alıb, lakin keşbek əldə edə bilməyib.
Onun sözlərinə görə, qəbzdə aptekin “Vita aptekləri” kimi göstərilməsi səbəbindən keşbek hesablanmayıb.
Ertəsi gün eyni aptekdə Birbank kartı ilə alış-veriş etdikdə isə keşbek problemsiz şəkildə hesabına köçürülüb.
Oxşar vəziyyətlə Azada Mirzaliyeva da qarşılaşıb. O bildirib ki, Leobankda “məktəb ləvazimatları” kateqoriyasını seçərək kitab və dəftər alı
Bankdan ona bildirilib ki, alış-veriş edilən yer kitab mağazası kimi tanınmayıb.
Halbuki eyni mağazada Birbank kartı ilə alış-veriş etdikdə keşbek dərhal hesabına yüklənib. Mövzu ilə bağlı Leobank da açıqlama yayıb.