“Leobank” kütləvi şikayət atəşinə tutuldu

16.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqəmsal bankçılıq xidməti olan “Leobank”ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bir neçə saatdır mobil tətbiqə giriş çətinləşib, kartlara göndərilən və ya onlayn kredit üzrə ayrılan vəsaitlər hesaba oturmur.

Müştərilərin əsas narazılığı isə bankın dəstək xidməti ilə bağlıdır. Belə ki, zənglərə, həmçinin “WhatsApp” və “Telegram” üzərindən yazılan müraciətlərə cavab verilmədiyi bildirilir. Pul köçürmələrinin gecikməsi səbəbindən bir çox vətəndaş yolda və ya ödəniş məntəqələrində çətin vəziyyətdə qaldıqlarını qeyd ediblər. Pepperoni pizza

Xatırladaq ki, “Leobank” fiziki filialları olmayan rəqəmsal bank konsepti ilə fəaliyyət göstərdiyindən, istifadəçilər yalnız məsafədən dəstək xidmətinə müraciət edə bilirlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью