Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkədə "Leobank" rəqəmsal bankının faiz hesablanması şərtləri ilə bağlı növbəti narazılıq işıqlandırılıb.
“Yeni Sabah” xəbər verir ki, Rüfət Əlicanov adlı müştəri bankın bəyan etdiyi şərtlərlə reallıq arasında ziddiyyət olduğunu bildirərək aidiyyəti qurumları, xüsusilə Mərkəzi Bankı məsələyə müdaxilə etməyə çağırıb.
Şikayətçinin sözlərinə görə, bankın rəsmi qaydalarında əsas hesabda olan 10 manatdan 999,99 manatadək qalıq vəsaitə illik 5% gəlir hesablanacağı vəd edilsə də, praktiki tətbiqdə bu şərt yerinə yetirilmir. pizza
Müştəri bankın faiz hesablanmasında tətbiq etdiyi mexanizmi bu sözlərlə ifşa edib:
"Leobank" müştəriləri aldadır! Əslində, hər ayın 1-nə kimi faizlə (5%) yığılan pulun məbləği 1 manatdan az olarsa, sizə həmin 5% ödənilmir. Yəni hesabınızda vəd edildiyi kimi 10 manat yox, azı 240 manat vəsait olmalıdır ki, ayın sonunda 5% illik gəlir hesablanıb ödənilə bilsin. Bu məsələ ilə Mərkəzi Bank məşğul olmalıdır".
Şikayətçi bankı qeyri-şəffaf şərtlər tətbiq etməkdə və müştəriləri yanlış məlumatlandırmaqda günahlandırır.