Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Sosial şəbəkələrin "Azbank klubu" qrupunda "Leobank"ın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı növbəti şikayət paylaşılıb. Hilal Mütəllimov adlı sosial şəbəkə istifadəçisi bankomatdan nağdlaşdırma zamanı qarşılaşdığı problem və bankın operativliyi ilə bağlı narazılığını ifadə edib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, keçən ayın 23-də nağdlaşdırma əməliyyatı apararkən bankomat pulu təqdim etməyib. Hadisədən dərhal sonra bankın dəstək xidməti ilə əlaqə saxlayan müştəriyə sorğu yaradıldığı və məsələnin bir həftə ərzində həll olunacağı bildirilib. Lakin vətəndaş qeyd edir ki, sonradan bank tərəfindən xəta edildiyi bəhanə olunaraq yenidən sorğu açılıb.
Artıq 23 gün keçməsinə baxmayaraq problemin həll olunmadığını vurğulayan müştəri, bankın yalnız sorğu yaratmaqla kifayətləndiyini və vətəndaşın vəsaitinin geri qaytarılmasında süni ləngimələrə yol verdiyini bildirərək qurumun xidmətindən narazılığını diqqətə çatdırıb. Dördpendirli pizza