Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
"Bavariya"nın heyətində 6 dəfə Almaniya çempionu olan Leon Qoretska yayda klubu tərk edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Kristoffer Fröynd məlumat verib.
O bildirib ki, futbolçu ilə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.
Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"nın formasını geyinir. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 28 oyunda 1 qolla yadda qalıb.