Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizləd…
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Leonardo da Vinçi hər sahədə bacarıqlı və elmə dərindən bələd olan bir dahiydi.
Onun maraq dairələrindən biri də həndəsə olub və bu sahədəki anlayışı dövrünü xeyli qabaqlayıb.
1490-cı ildə çəkdiyi “Vitruviyalı adam” illüstrasiyasını – “ideal” insan bədəninin təsvirini – da Vinçinin XIX əsrdə rəsmi şəkildə müəyyənləşdirilmiş bir riyazi nisbətə əsaslanaraq yaratdığı ehtimal olunur.
Bu, bütün zamanların ən məşhur təsvirlərindən biridir, lakin 500 ildən çoxdur ki, heç kim da Vinçinin qol və ayaqlar üçün niyə bu qədər spesifik proporsiyalar seçdiyini tam anlaya bilməmişdi.
İndi isə londonlu stomatoloq Rori Mak Svini bu sirri nəhayət açdığını düşünür.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, Vitruviyalı adamın ayaqları arasında gizli bir detala - bərabəryanlı üçbucağa diqqət çəkib və bu formasının incəsənət tarixinin ən çox analiz edilən, lakin ən müəmmalı əsərlərindən birini izah edə biləcəyini düşünür.
“Vitruviyalı adam” əsəri qismən Roma memarı Vitruviyin əsərlərindən ilham alıb.
Tam oxu
Xəbəri oxu