Leonardo Di Kaprio ikiüzlülükdə ittiham olundu

14.01.2025

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktyor Leonardo Di Kaprio və sevgilisi Vittoria Ceretti şəxsi təyyarə ilə gəldikləri Meksikada görüntülənib.

Manset.az bu barədə Daily Mail-a istinadən xəbər verir.

Məşhurlar Los-Ancelesdə 100 mindən çox insanı təxliyə etməyə məcbur edən meşə yanğınları fonunda ABŞ-ni tərk edərək Meksikanın Kabo San Lukas şəhərinə gediblər.

Nəşr qeyd edir: “Leonun mühiti mühafizə edən şəxs kimi reputasiyasını nəzərə alsaq, onun belə böyük təbii fəlakət zamanı şəxsi təyyarədən istifadə etməsi təəccüblüdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью