Leonardo DiCaprio dan 1 milyon dollar ianə

16.01.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar Martin Skorsezenin “Dolu Ay Qatilləri” filmi ilə adından söz etdirən Oskar mükafatlı aktyor Leonardo Di Kaprio Los-Ancelesdəki yanğınlardan zərər çəkənlərə yardım üçün 1 milyon dollar bağışlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, deyib:

“Los-Anceles meşə yanğınları şəhərimizi viran edir. 1 milyon dollar ianə etməklə mən həm fövqəladə ehtiyaclara, həm də yanğından sonrakı bərpa səylərinə dəstək verirəm.”

Digər tərəfdən, Google və YouTube-un Los-Anceles bölgəsindəki xeyriyyə təşkilatlarına 15 milyon dollar yardım edəcəyi açıqlandı. “Meta” şirkətinin rəhbəri Mark Zukerberq və həyat yoldaşı Priscilla Çan ümumilikdə 4 milyon dollar ianə verib. 

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью