futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın futbolçusu İvan Lepinitsa Çempionlar Liqasında “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az “CBC Sport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi 1:4 hesabıyla bitən matçdan sonra bunları deyib:
“İlk hissənin 15-20 dəqiqəsində yaxşı oynadıq, qol imkanları yaratdıq. Ancaq ikinci hissənin əvvəlində boşluqlar verdik, asan qollar buraxdıq.
Rəqibin keyfiyyətli futbolçuları var. Çox səhv etdik. Amma daha yaxşı oynaya bilərdik. Çalışdıq bacardığımızın ən yaxşısını edək. Çempionlar Liqasında dünyanın ən yaxşı komandaları çıxış edir. Belə klublara qarşı oynamaqdan zövq alırıq”.