Lerik pley off matçında meydan sahibi oldu

27.05.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Futbol üzrə Azərbaycan II Liqasında pley-off mərhələsinin nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, "Lerik" və "Şirvan" klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, "Lerik" klubunun nümayəndəsi Bəxtiyar Əliyev, "Şirvan" klubunun meneceri Miremin Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən "Lerik" nominal meydan sahibi olub.

Qeyd edək ki, II Liqa uğrunda pley-off qarşılaşması 29 may tarixində "ASCO Arena"da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью