Lerik polisi əməliyyat keçirib

27.07.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

9 kiloqram narkotik aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью