Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR ŞİKAYƏT | Icm…
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lerik rayonu, Piran kənd sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi iddia edir ki, 2021-ci ilin aprel ayından əlilliyə görə müavinəti səsəbsiz yerə kəsilib: “Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdayam. 03.06.1998-ci ildə Füzuli istiqamətində ön xətdə odlu silahla yaralanmışam.
Hərbi şəhadətnamə ilə mənə əlillik vermişdilər. Əvvəl 3-cü qrup, sonra isə, rəhmətlik atamın şikayəti ilə 2010-cu ildə 2-ci qrup əlillik ilə
Çünki vəziyyətim daha da ağırlaşmışdı. 2021-ci ilin aprel ayına kimi əlillik üçün müavinət aldım.
2021-ci ildən indiyə kimi müavinətimi qanunsuz olaraq kəsiblər. Travmatologiya şöbəsində də olmuşam. Ayaqlarım ağrısından yeriyə bilmirəm.
Lakin mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir, üstəlik müavinətimi də kəsiblər”.
Tam oxu
Xəbəri oxu