Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Reyting.az DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla bildirir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Emil Qafarovu saxlayıblar. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.