Lerikdə 1 metr qar yağıb

20.01.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lerik şəhər və kəndlərində hazırda yağan qar 70 sm-i keçib.

Bu barədə Modern.az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.

Komissiya sədri bildirib ki, hazırda qarın yağması davam edir:

"Dağlıq ərazilərimizdə isə qarın hündürlüyü 1 metrdən çoxdur".

İcra başçısının müavini qeyd edib ki, rayonun ümumilikdə su və qaz təminatında heç bir problem yoxdur, lakin elektrik enerjisi ilə bağlı çətinliklər mövcuddur:

"Bərpa işləri davam etdirilir. 162 yaşayış məntəqədən 80-da enerji bərpa edilib. Yollarla bağlı vəziyyətə gəlincə, əsas magistral yollar tam açılıb. Yol təmizləmə işləri davam etdirilir və avtomobillərin hərəkətində ciddi problem yoxdur.

Hazırda kəndlərə gediş-gəliş qismən mümkündür, təcili tibbi yardım və zəruri xidmətlərin keçidi üçün yollar nəzarətdə saxlanılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью