Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlanıb

10.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Lerik, 10 mart, AZƏRTAC

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən 20 kiloqram mariuxana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Q.Qədimovun Lerik rayonu ərazisində əldə etdiyi narkotik vasitəni satışının təşkil olunması üçün deyiləcək ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Müxbir-İlkin Adıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью