Lerikdə 27 yaşlı kişi bıçaqlandı

01.09.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Cəfərov aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı həmkəndlisi, 1998-ci il təvəllüdlü Pərviz Mehman oğlu İmanova sağ kürək nahiyəsinə bıçaqla zərbə endirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью