Lerikdə 73 yaşlı həkim vəfat edib

04.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Güloğlan Abbasov oktyabr 31-də vəfat edib.

Bu barədə Modern.az-a Lerik rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd edək ki, Güloğlan Abbasov 1951-ci ildə Lerik rayonu Şinəband kəndində anadan olub. 1970-1977-ci illər ərzində  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsində təhsil alıb.

1977-1978-ci illər ərzində  Bakı şəhəri Qaradağ rayonu Tibb səhiyyə hissəsində  terapiya üzrə internatura keçib.

1978-1987-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında terapevt, 1987-1991-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.

1991- ildən Lerik Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində oftalmoloq vəzifəsində çalışıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью