Lerikdə 8 məktəb bağlanıb Deputat

21.11.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Lerikdə 8 məktəb bağlanıb. Bunu  Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Bağlanan mətəbin şagirdlərinə digər məktəblərə daşınması üçün söz verilsə də, bu məsələ həll edilməyib. Lerik dağlıq ərazidir. Rayonda olan 36 məktəbdən də 33-nə odun verilməyib. Məktəblər çox soyuqdur. Biz orada qəbul keçirəndə nə qədər soyuq olduğunu özümüz də gördük", - deputat bildirib.

Qafarov həmçinin Lerikin 101 məntəqəsinin qazsız olmasına diqqət çəkərək bildirib ki, 2018-ci ildən sonra Lerikə qaz çəkilməsi tempi aşağı düşüb. 

Gülnar Nazimqızı 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью