Icma.az bildirir, Modern.az portalına istinadən. Güclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi i
Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4 m-ə qədər çatır.
“Hava şəraiti ilə əlaqədar rayonun 80-dən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur.
Elektrik enerjisinin bərpa olunması üçün Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin, o cümlədən Lerik Elektrik Şəbəkəsinin əməkdaşları işlərini davam etdirir”.
Deputat qeyd edib ki, Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.
Texnika çatışmazlığı səbəbindən kəndlərin əksəriyyətini rayon mərkəzi ilə əlaqələndirən yolların, eləcə də kəndara yolların qardan təmizlənməsində ciddi problemlər mövcuddur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.