Lerikdə ağır qəza baş verdi KONKRET

31.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Lerik rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.

Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, qəzaya düşənlər Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.


Lerik Hava Durumu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью