Lerikdə avtomobil aşdı Xəsarət alanlar var

30.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Lənkəran-Lerik magistralında Lerik rayonunun Günəşli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər Lənkəran rayon sakinləri, 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. 

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью