Lerikdə baş verən qəzada 2 nəfər xəsarət alıb

30.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Lerikdə yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik magistralında, Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər Lənkəran rayon sakinləri 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью