Lerikdə baş verən qəzada iki nəfər xəsarət alıb

30.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Lerikdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik magistralında, Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər Lənkəran rayon sakinləri 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью