Lerikdə biçilmiş taxıl sahəsi yanır

24.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Lerik rayonunda biçilmiş taxıl sahəsində yanğın baş verib.

APA xəbər verir ki, hadisə rayonun Tikəband kəndi istiqamətində qeydə alınıb. Yanğın biçilmiş taxıl sahəsindən ərazidəki kol-kos sahəsinə də keçib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью