Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Lerik rayonunun Hamarmeşə kəndində yağmış güclü qar nəticəsində bir evin dam örtüyü uçub.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikovun Modern.az-a verdiyi açıqlamaya görə hadisə zamanı heç kim xəsarət almayıb:
“Bir mərtəbəli, kiçik ev idi. Həmin vaxt ailənin 3 üzvü evdə olub. Xoşbəxtlikdə heç kim xəsarət almayıb”.
O qeyd edib ki, Lerik rayonu üzrə çətin hava şəraitində bənzər hal heç yerdə baş verməyib.
Damı çökmüş ev kəndin sakini Asəf Muradova məxsusdur.
Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.