Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib.
Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.
O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib.
Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib.
Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib. Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar.
Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.
Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır. Hadisə namus üstündə baş verib?