Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb.
Bakupost.az xəbər verir ki, onun intihar etdiyi deyilir.
Onun hansı səbəbdən həyatına qəsd etdiyi bilinmir.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
