Lerikdə icra nümayəndəsinin meyiti tapıldı Yeni Çağ Media

06.12.2024

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью