Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb

07.10.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb.

Qəzalardan biri Lerik-Zuvand yolunun Blabənd kəndi ərazisində baş verib.

Belə ki, Sadiq Novruzovun idarə etdiyi "VAZ-2121 (Niva) markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən "UAZ" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsində olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi müdaxilədən sonra reanimasiya şöbəsinə yerləşdirilib (digər iki nəfərin xəsarəti yüngül olub).

Digər yol qəzası Lənkəran-Lerik magistralının 39-cu km-də qeydə alınıb. Lerik rayonunun Zenoni kənd sakini 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin - sürücünün həmkəndlisi 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Hər iki fakt üzrə araşdırmalara başlanılıb.

///report///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью