Lerikdə ildırım vuran gənc öldü

03.05.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.

Moderator.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Laman kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью