Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti dərədə tapılıb YENİLƏNİB

03.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Lerikdə itkin kimi axtarılan 35 yaşlı şəxsin meyiti tapılıb.

APA-nın xəbərinə görə, meyit Burzubənd deyilən ərazidə, dərədə, çay kənarında tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

***

11.02

Lerikdə 35 yaşlı şəxs itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifov 3 gündür axtarılır.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib.

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью