Lerikdə maşın aşdı, xəsarət alanlar var

30.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Günəşli kəndinin ərazisində baş verib.

Belə ki, avtomobilin aşması nəticəsində Lənkəran rayon sakinləri 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью