Lerikdə maşın aşıb, ölən və xəsarət alanlar var YENİLƏNİB

24.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Aprelin 24-də saat 08 radələrində E.Qasımovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

Araşdırma aparılır.

***

11.08

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью