Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Şaxtalı hava şəraiti ilə əlaqədar Lerikdə şəhər mərkəzində, dağlıq ərazilərdə, yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də Lerik-Lənkəran avtomobil yolunda polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub. Avtosfer.az xəbər verir ki, avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.
Oxunub 22