Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

04.11.2024

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.

Hadisə yerindən "Makarov" markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью