Lerikdə qanunsuz ov edən şəxs saxlanılıb AZƏRTAC

21.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Lerik, 21 dekabr, AZƏRTAC

Lerik rayonunda qanunsuz ov faktı aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində A.Vəliyevin rayonun Xanagah kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.

Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью