Lerikdə qanunsuz ov edənlər saxlanıldı | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Z.Bürciyevin rayonun Dızdipok kəndi ərazisində qanunsuz ov etdiyi müəyyən olunub.
Avtosfer.az-ın “Unikal”a istinadən məlumatına görə, həmin şəxsdən 1 ədəd müxtəlif ov tüfəngi və qanunsuz ovladığı çöl quşu aşkarlanıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək baxılması məhkəməyə göndərilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu