Lerikdə qanunsuz ov faktı aşkarlandı

21.12.2024

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Lerikdə qanunsuz ov faktı aşkarlanıb.

Bakupost.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində A.Vəliyevin qanunsuz ov etdiyi müəyyən olunub.

Ondan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью