Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Lerik rayonunda yağan güclü qar bölgədə qış mənzərəsi yaradıb.
Doğru.az xəbər verir ki, rayonun dağ kəndlərində qarın hündürlüyü bəzi ərazilərdə 1 metri ötüb.
Hazırda dağ kəndlərinə aparan avtomobil yollarında, o cümlədən Şinəband, Orand, Nuranvud və Zərdəbərə istiqamətlərində intensiv təmizləmə işləri aparılır.
Xüsusi texnikalar çətin hava şəraitinə baxmayaraq fasiləsiz işləyir, yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsinin kəsilməməsi üçün bütün imkanlar səfərbər edilib.
Qarlı və şaxtalı havaya baxmayaraq, yolların açıq saxlanılması istiqamətində işlər davam etdirilir.
Sakinlərin təhlükəsiz hərəkətinin təmin olunması əsas prioritetdir.
DOĞRU.AZ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.