Lerikdə saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə aşkarlanıb

13.12.2024

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin paytaxt ərazisinə çatdırılaraq burada satışını təşkil edən Məhəmməd Məmmədov saxlanılıb.
Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 8 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Mehman Mehdiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью