Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Lerik rayonu Barzavu kənd sakini Qənbərova Əntiqə Şəxsin qızı vəfat edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, üç gün öncə vəfat edən Ə.Qənbərovanı kənd sakinləri yalnız bu gün dəfn edə bilib.
Normadan artıq yağan qar və kənd sakinlərinin köməksiz qalması dəfn prosesini ləngidib.
Məlumata görə, vəfat edən şəxs 1-ci Qarabağ Müharibəsi şəhidi Qənbərov Xaliq Şəxsin oğlunun bacısıdır.
Ağarza Elçinoğlu