Lerikdə vəzifəli şəxsin meyiti tapıldı

07.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lerikdə 30 yaşlı kişi meyiti tapılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib.

Onun intihar etdiyi deyilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью