Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lerikdə yanğına bais olan şəxslər saxlanılıb.
Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, iyulun 24-də Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğının ehtiyatsızlıqdan törədildiyi müəyyən edilib.
Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb. Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunub. Pepperoni pizza
Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.
Malik Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.