Lerikdə yol qəzası oldu, iki nəfər xəsarət aldı

30.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lerik rayonunun Günəşli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran-Lerik magistralında hərəkətdə olan avtomobilin aşması nəticəsində iki nəfər xəsarət alıb.
 

Qəzada Lənkəran rayon sakinləri, 1987-ci il təvəllüdlü Vüsal Azad oğlu Abıyev və 1981-ci il təvəllüdlü Ramin İsa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью