Lerikdə yolda qar uçqunu olub FOTO

24.02.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lerikdə yolda qar uçqunu olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.

Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: "Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью